Fətullah Gülən vəfat etdi

Gülən

Şəklin mənbəyi, Reuters

Oxuma vaxtı: 1 dəq

“Hizmet Herakatı”nın rəhbəri Fətullah Gülən Amerika Birləşmiş Ştatlarında müalicə aldığı xəstəxanada 83 yaşında vəfat edib.

Türkiyə mediası xəbəri Gülənin yaxın qohumunun X hesabındakı paylaşımına istinadla yayıb. Daha sonra məlumatı Türkiyə Xarici İşlər Nazirliyi kəşfiyyat orqanlarına istinadən təsdiqləyib.

Gülen-in uzun müddətdir ki, sağlamlıq problemləri olduğu bildirilib.

O, Türkiyə ilə yanaşı, Azərbaycanda da təhsil sahəsində gördüyü işlərlə tanınıb.

Keçmiş mərhum Prezident Heydər Əliyev onun rəhbərlik etdiyi fondun dəstəyi ilə inşa edilən bir neçə təhsil müəssisəsinin açılışında iştirak etmişdi.

1999-cu ildən haqqında məhkəmə işi açıldıqdan sonra ABŞ-a köçən Gülənin lideri olduğu hərəkat 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədə "Fetullahçı Terror Təşkilatı" (FETO) kimi qiymətləndirilib.

Türkiyə hərbi çevrilişə cəhd iddiası ilə onun ABŞ-dan ekstradisiyasını istəmişdi.

Bundan sonra Türkiyə və Azərbaycan Fətullah Gülənə aid təhsil müəssisələrini bağlayıb.

Bu barədə videoya YOUTUBE kanalımızda baxın.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube