Trump: Paşinyan dedi ki, Ermənistanın yolları daha yaxşıdır. Utandım.

Paşinyan və Trump

Şəklin mənbəyi, Ermənistan hökuməti

Oxuma vaxtı: 1 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

ABŞ Prezidenti Donald Trump deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ona deyib ki, Ermənistanın yolları daha yaxşıdır.

Trump bu sözlərdən utandığını bildirib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda izləyin.

"Biz təzəcə bir müharibəyə son qoyduq. Azərbaycan, nədir onun adı, Ermənistan arasında. Müharibəni başa çatdırdıq. İki lider gəlmişdi bura. Onlardan biri dedi ki, mənim ölkəm daha qəşəng görünür. Aramızda söhbət edirdik, soruşdum ki, necədir səninçünʔ Dedi ki, bilirsiz, Ermənistanın yolları Vaşinqtonun yollarından daha yaxşıdır. Utandırıcı vəziyyətdir", deyə Trump bildirib.

O bunu ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Kennedy Mərkəzi mükafatlandırma mərasimində deyib.

İlham Əliyev və Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda Donlad Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesini təsdiqləyən bəyannaməyə imza atıblar.

Kennedy Mərkəzindəki çıxışızı zamanı Tramp Vaşinqtonun çirkli və təhlükəli, yollarının bərbad olduğunu bildirib.

"Əgər Amerika Birləşmiş Ştatlarının paytaxtı çirki və təhlükəlidirsə, bu, dünya üçün pis nümunədir. Biz paytaxtımıza əl gəzdirəcəyik, onu çox qısa bir müddət ərzində təhlükəsiz, təmiz və gözəl edəcəyik", - Prezident deyib.