Yerevanda müstəqillik günü - etirazlar, əsgər məzarlığı və konsert proqramı

Oxuma vaxtı: 1 dəq
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Bir qrup Qarabağ müharibəsində həlak olmuş döyüşçü valideynləri və fəalların etirazlarına baxmayaraq, Ermənistan paytaxtında müstəqilliyin 30 illiyinə həsr olunmuş bayram tədbirləri və Respublika meydanında konsert baş tutub.

Etirazçılar ötən ilki 44 günlük müharibədə verilən böyük itkilərə görə bayram tədbirlərinin yersiz olduğunu hesab edirlər.

Müstəqillik günü münasibətilə tədbirlər sentyabrın 21-də səhər başlayıb.

Ermənistan baş naziri Nikol Paşinyan, prezident Armen Sarkisyan, parlamentin sədri və başqa rəhbər şəxslər və özünü "Dağlıq Qarabağ Respublikasının prezidenti" adlandıran Arayik Harutyunyan Yerevanda hərbi panteona baş çəkib.

Baş nazir Paşinyan əsgər məzarları önündə gül qoyub və baş əyib.

Axşam isə respublika meydanında böyük konsert keçirildi.

Böyük simfonik orkestrin müşayiəti ilə xor Ermənistan Respublikası himnini ifa etdi. Sonra Baş nazir Paşinyan çıxış edib.

O, nitqini erməni şairi Hovanes Tumanyanın şeri ilə başlayıb və bu şerin bu sətirlərində Ermənistanın bugünkü dönəminin əks olunduğunu" qeyd edib.