Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər
Şəklin mənbəyi, Getty Images
Yerevanda cümə günü səhər saatlarında başlamış etiraz aksiyaları zamanı Respublika meydanında və Nazirlər Kabinetinin binası qabağında toplaşan etirazçılarla polis arasında toqquşmalar olub, Ermənistan mediası yazır.
Medianın yaydığı foto və videogörüntülərdə polislə etirazçılar arasında münaqişə yaşandığı müşahidə olunur.
Ermənistan paytaxtında etirazlar çərşənbə axşamı günü Azərbaycanın Qarabağda "antiterror tədbirlərindən" sonra başlayıb.
Etirazlarla bağlı videoya Youtube-da baxa bilərsiniz.
Bunları da izləyin: